Bu il keçid balları artacaq? RƏSMİ

11 Sentyabr 2020 12:35 (UTC+04:00)

Bu il III ixtisas qrupunda yeni ixtisaslar yoxdur. SİA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, plan yerlərində əsas artım əvvəlki illərdə mövcud olan ixtisaslar üzrə olub. Bu il III qrupda 4 ixtisas ləğv edilib və onlar üzrə plan yerləri təqdim edilməyib.

DİM sədri qeyd edib ki, bu il III qrup üzrə müsabiqə vəziyyətinin keçən ilki kimi olacağı gözlənilir. İxtisaslar üzrə keçid balları da təxminən eyni səviyyədə olacaq.