Pakistanda COVID-19-a yoluxan xəstələrin sayı 300 min nəfərə çatır

11 Sentyabr 2020 02:34 (UTC+04:00)

Ötən gün ərzində Pakistanda COVID-19-a 196 nəfər yoluxub, viruslu xəstələrin sayı 299 min 855 nəfər olub.

SİA Pakistan mətbuatına istinadla xəbər verir ki, son sutkada koronavirusdan 6 xəstə dünyasını dəyişib və ölənlərin sayı 6365 nəfərə çatıb.

Xəstəxanalarda 5 min 540 pasiyent var, onlardan 550-nin vəziyyəti ağırdır.

Virusdan 287 min 950 xəstənin sağaldığı bildirilir.