Milli Xalça Muzeyi təcrübə proqramını davam etdirir

9 Sentyabr 2020 16:50 (UTC+04:00)

Azərbaycan Milli Xalça Muzeyi gənc kadrların işə cəlb olunması, onların ixtisasının artırılması və yaradıcı istedadına təkan verilməsi məqsədilə təcrübə proqramını davam etdirir. Muzeydən SİA-ya bildirilib ki, muzey fəaliyyətini bərpa etdiyi qısa müddət ərzində burada təcrübə keçmək istəyən gənclərin sayı artıb.

Təcrübə proqramında iştirak etmək istəyən hər kəs müraciət edə bilər.

Qeyd edək ki, 3 aylıq təcrübə müddəti başa çatdıqdan sonra, iştirakçılar sertifikatlarla təltif olunacaqlar.