Milli Xalça Muzeyi “Səlcuq dövrü keramikası” mövzusunda mühazirə təşkil edəcək

9 Sentyabr 2020 15:03 (UTC+04:00)

Azərbaycan Milli Xalça Muzeyi tanınmış mütəxəssislərin müxtəlif mövzulara həsr olunmuş mühazirələrini təşkil etməyə davam edir. Muzeydən SİA-ya bildirilib ki, növbəti mühazirə sentyabrın 11-də saat 17:00-da tarix elmləri doktoru Tarix Dostiyevin iştirakı ilə “Səlcuq dövrü keramikası” mövzusuna həsr olunacaq.

Mühazirədə XI-XII əsrlərdə müsəlman mədəniyyətinin inkişafında önəmli rol oynamış Səlcuq türklərinin hakimiyyəti dövründə yüksək inkişaf edən sənət sahələrindən birinin - bədii keramikanın ümumi xüsusiyyətlərindən bəhs olunacaq. Həmçinin muzeyin kolleksiyasında saxlanılan Səlcuq dövrünə aid keramika haqqında ətraflı məlumat veriləcək.

Məlumat üçün bildiririk ki, karantin qaydalarına əsasən, mühazirə iştirakçılarının sayı 10 nəfərdən artıq olmayacaq.