Britaniyalı dramaturq və ssenari müəllifi Ronald Harvud vəfat edib

9 Sentyabr 2020 07:53 (UTC+04:00)

Britaniyalı dramaturq və ssenari müəllifi Ronald Harvud 85 yaşında vəfat edib.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə mərhumun ailəsi məlumat verib.

Bildirilib ki, yazıçı çərşənbə axşamı Sasseks şəhərindəki evində dünyasını dəyişib.

Qeyd edək ki, Harvud 2003-cü ildə məşhur “Pianoçu” filminə görə “Ən Yaxşı Uyğunlaşdırılmış Ssenari” nominasiyası üzrə “Oscar”a layiq görülüb.

O, 2008-ci ildə "Skafandr və kəpənək" filminin ssenarisinə görə isə “BAFTA” mükafatını qazanıb.

2010-cu ildə Ronald Harvuda ssenari müəllifi kimi “Cəngavər” titulu verilib.