Trampın iştirakı ilə gələn həftə İsrail və BƏƏ arasında müqavilə imzalanacaq

9 Sentyabr 2020 02:31 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp sentyabrın 15-də İsrail və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nümayəndə heyətini qəbul edəcək.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən Ağ Ev rəsmisi "Reuters"ə bildirib.

Mənbənin məlumatına görə, qəbul zamanı iki ölkə arasındakı münasibətlərin tam normallaşdırılmasına dair müqavilə imzalanacaq.

Qeyd edilib ki, İsrail nümayəndə heyətinə Baş nazir Binyamin Netanyahu, BƏƏ nümayəndə heyətinə isə Xarici işlər naziri Abdullah bin Zayed Al Nahyan rəhbərlik edəcək.