“Müvafiq tədbirlər” adlı rəsm sərgisi davam edir

7 Sentyabr 2020 14:41 (UTC+04:00)

“YARAT” Müasir İncəsənət Məkanının “Artım” layihə məkanı hər kəsi yenidən qarşılamağa hazırdır. SİA-nın məlumatına görə, sözügedən məkanda rəssam Elturan Məmmədovun “Müvafiq tədbirlər” adlı fərdi sərgisi ilə həftənin II, III, IV və V günləri 12:00-dan 20:00-dək tanış olmaq mümkündür. Sərginin müddəti oktyabrın 2-nə qədər uzadılıb.

Binaya daxil olmadan öncə sadə qaydalara riayət etmək vacibdir. Məkana eyni vaxtda, sadəcə, 6 nəfər daxil ola bilər. Tibbi maskaların və antiseptikin istifadəsi zəruridir.

Giriş ödənişsizdir.