Müğənni Lətifə Soyuöz yeni fotosessiya etdirib. SİA-nın məlumatına görə, öz bağında şəkillər çəkdirən ifaçı iki fərqli obrazda olub. O, çəkiliş zamanı hovuzdan istifadə edib.
Sənətçinin stili üzərində Babək Qədirov işləyib. Fotoları isə Elmir Qəmbərov lentə alıb.







