Anar Ağakişiyev dünyaca məşhur ulduzla işləyəcək

7 Sentyabr 2020 11:23 (UTC+04:00)

Stilist Anar Ağakişiyev uzun müddətdir Türkiyədədir. SİA-nın məlumatına görə, stilist haqda türk mediasında məqalə dərc olunub. Bildirilib ki, Ağakişiyev yaxın dostu, müğənni Demet Akalının istəyi ilə İstanbulda yaşayacaq.

Yazıda daha sonra Anarın yeni marka hazırladığı vurğulanıb. Yeni ildə təqdim ediləcək markanın siması dünyaca məşhur ulduz Peris Hilton olacaq.