Mahir Emreli Azərbaycan millisinin tarixində ən erkən qırmızı vərəqənin müəllifi olub

5 Sentyabr 2020 21:19 (UTC+04:00)

Mahir Emreli Azərbaycan millisinin tarixində antirekorda imza atıb.

SİA xəbər verir ki, 23 yaşlı hücumçu yığmanın tarixində ən erkən qırmızı vərəqənin müəllifi olub.

O, Millətlər Liqasının I turunun Lüksemburqla ev oyununun 26-cı dəqiqəsində rəqibi vurduğu üçün meydandan qovulub.

Mahir əvvəlki antirekordu 1 dəqiqə yeniləyib. Ondan öncə ən erkən qırmızı vərəqəni iki futbolçu alıb. Aslan Kərimov Portuqaliya ilə 2007-ci, Saşa Yunisoğlu Avstriya ilə 2011-ci ildəki görüşlərin 27-ci dəqiqəsində meydandan kənarlaşdırılıb.