Ölkə başçısı İlham Əliyevin diqqəti və qayğısı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində İsmayıllı rayonunda xeyli işlər görülüb. SİA-nın xəbərinə görə, rayonda yeni məktəblər tikilir, əsaslı təmir edilir, təhsil müəssisələri yeni avadanlıqlarla təchiz edilir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə İsmayıllı rayonunda Natiq Behdiyev adına 6 nömrəli tam orta məktəbin qəzalı binası sökülərək yenisi inşa olunur. 1984-cü ildə tikilən məktəb 360 yerlik olub. Şəhərdə şagird sıxlığı nəzərə alınaraq yeni bina 3 mərtəbəli olmaqla 720 yerlik nəzərdə tutulub. Müasir layihə əsasında inşa edilən təhsil ocağının tikintisinə bu ilin iyul ayında başlanılıb, hal-hazırda beton işləri görülür. Noyabr ayının sonuna istifadəyə verilməsi planlaşdırılıb.
Layihəyə əsasən məktəbdə akt zalı, fənn kabinetləri, kompyuter otaqları, laboratoriyalar, idman zalı, yeməkxana, eləcə də idmanın müxtəlif növləri üzrə açıq