“Ermənistanda yaşamaq mümkün deyil” Aksiya iştirakçısı

3 Sentyabr 2020 14:19 (UTC+04:00)

Rusiyaya getmək istəyən vətəndaşlar Ermənistan hökumət binasının qarşısında növbəti etiraz aksiyası keçirirlər. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, aksiyaçılar sərhədlərin nə vaxt açılacağı barədə hökumətdən dəqiq cavab tələb edirlər.

“Qardaş burada qohum sayılmır. Vətəndaşlığı olmayan bir valideyn orada qalıb, ancaq bu heç nəzərə alınmır. Bilmirəm nə düşünürlə bunlar? Bizim işimiz oradadır, burada işləyə bilmirik, borclarımızı qaytara bilmirik və qara siyahıya düşürük. Digər qruplar da eyni tələblə hökumət binasına toplaşırlar, amma problem həll olunmur və ümidimizi onsuz da itirmişik”, deyə aksiya iştirakçılarından biri narazılğını ifadə edib.

Məlumatda qeyd olunur ki, digər aksiya iştirakçıları da fövqəladə vəziyyətin bitməsindən sonra sərhədlərin açılacağına və məsələnin həll olunacağına ümidlərini artıq itirdiklərini qeyd ediblər.

“Sərhədlərin açılıb açılmayacağı barədə dəqiq cavab vermirlər ki, nə edəcəyimizə qərar verək. Burada, Ermənistanda yaşamaq mümkün deyil”, deyə aksiya iştirakçısı bildirib.

Etirazçılar jurnalistlərə bildiriblər ki, sərhədlər açılmasa, mitinqlər məsələ həll olunana qədər davam edəcək.
“Oğlumu evləndirmək üçün altı ay əvvəl Ermənistana gəldim, sonra yollar bağlandı və uşaqlarımın yanına gedə bilmirəm. Faiz ödəməli, kreditləri qaytarmalıyıq, bir çıxış yolu tapmağınızı xahiş edirik. Mənim yaşımdakı bir qadın harda gəldi iş tapa bilmir, deyirlər 18-30 yaş arası işçilər lazımdır. 30 min dram məbləğində təqaüd alıram və bilmirəm bu pulla kredit, yoxsa elektrik enerjisi üçün ödəmə edib”, deyə aksiyada iştirak edən bir qadın bildirib.