Prezident və birinci xanım UNEC-in tədris korpusunun açılışında iştirak ediblər

3 Sentyabr 2020 10:50 (UTC+04:00)

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Bakının Yasamal rayonundakı 3 saylı tədris korpusu yenidən inşa olunaraq istifadəyə verilib.

Sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.