İçərişəhərdə muzeylərə ekskursiyalar açıq elan edilib FOTOLAR

2 Sentyabr 2020 16:05 (UTC+04:00)

“İçərişəhər” Muzey Mərkəzi sentyabr ayının 1-dən etibarən muzeylərə ziyarəti açıq elan edib. SİA-ya bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

Muzeylərə beş nəfərədək qruplar buraxılacaq. Tibbi maskalardan istifadə mütləqdir.