Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı "Bakının memarlıq abidələri" layihəsi çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı haqqında videoçarx təqdim edib. Baş İdarədən SİA-ya bildirilib ki, videoçarxda teatrın yaradılmasından, yerləşdiyi binanın memarlıq üslubundan geniş söz açılıb.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı — Birləşmiş Dövlət Teatrı kimi 1920-ci ildə yaradılıb. 1924-cü ildən opera truppası bu teatrdan ayrılaraq müstəqil Opera və Balet Teatrı (Azərbaycan və rus bölmələri ilə) kimi fəaliyyət göstərib. Azərbaycanın ən böyük musiqili teatrı olan Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 1920-ci ildən bu günədək təməli 1910-cu ildə qoyulmuş hazırkı yaraşıqlı binada fəaliyyət göstərir.