Uqandada dəhşətli anlar Yeniyetmə futbolçuları ildırım vurdu - 10 ölü

31 Avqust 2020 17:31 (UTC+04:00)

Uqandada 10 yeniyetmə futbolçu ildırım vurması nəticəsində həlak olub. SİA-nın məlumatına görə, futbolçular meydançada olarkən ildırım çaxmağa başlayıb.

Yeniyetmələr yaxınlıqdakı daxmada gizlənməyə çalışsa da, ildırım onları vurub. 9 futbolçu yerindəcə həlak olub, biri isə xəstəxanaya çatdırılarkən həyatını itirib.

Məlumatlara əsasən, futbolçuların ən kiçiyi 10, ən böyüyü isə 16 yaşında olub.