Uşaq musiqi məktəbinin şagirdləri Beynəlxalq İncəsənət Müsabiqəsində iştirak ediblər

31 Avqust 2020 17:17 (UTC+04:00)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 33 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri “Performans” Beynəlxalq Prodüser Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Cənub Rabsodiyası” Beynəlxalq İncəsənət Müsabiqəsində uğurla iştirak ediblər.

Baş İdarədən SİA-ya bildirilib ki, Rusiya, İsveç, Makedoniya, İran, Bolqarıstan, Macarıstan və Azərbaycanın tanınmış mədəniyyət işçilərinin təmsil olunduğu münsiflər heyətinin qərarı ilə 33 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri müxtəlif nominasiyalar üzrə ən yüksək yerlərə layiq görülüblər.

Müsabiqənin “Qran-Pri” mükafatına xanəndə ixtisası üzrə Riyad Səlimov layiq görülüb. Cəmilə Əliyeva (fortepiano, müəllim Elnarə Allahverdiyeva), Miyasə Qədirova, Rəhilə Cəbrayılova (xanəndə, müəllimə Günay İmamverdiyeva, konsertmeyster Ağabəy Ağabəyov) və Əliabbas Musayev (nağara, müəllim Bəhruz Bədəlov) müxtəlif kateqoriyalar üzrə birinci yeri tutublar.