Lalə Şövkətin vəziyyəti adekvat şəkildə dəyişir

31 Avqust 2020 12:06 (UTC+04:00)

Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət Hacıyevanın keçirdiyi cərrahiyyə əməliyyatından sonra onun oğlu Sidqi Şövkət vəziyyətlə bağlı mətbuata açıqlama verib. SİA xəbər verir ki, hazırda anası xəstəxana şəraitində müalicəsinə davam edir.

“Xəstəxanadan evə nə zaman buraxılacağı hələ bilinmir”, deyən S.Şövkət ALP liderinin vəziyyətinin əməliyyatın ağırılığına görə adekvat şəkildə dəyişdiyini də bildirib.

Xatırladaq ki, Lalə Şövkət Hacıyeva yoğun bağırsağında yaranmış şişə görə ağır əməliyyat keçirib və hazırda xəstəxanada müalicəsi davam etdirilir.