"Lokomotiv" futbol klubunun rusiyalı yarımmüdafiəçisi Aleksey Mirançuk İtaliyanın "Atalanta" klubuna transfer olub.
SİA-nın "sports.ru" saytına istinadən verdiyi məlumata görə, "Sky Sports" telekanalının jurnalisti Fabrisio Romano bu barədə xəbər yayıb.
Onun sözlərinə görə, razılaşma başa çatıb. Tərəflərin bütün lazımi sənədləri tərtib etməsi qalır, bundan sonra keçid rəsmi olaraq elan ediləcək. "Atalanta" 24 yaşlı oyunçu üçün "Lokomotiv"ə 14,5 milyon avro ödəyəcək.