Avqustun 27-də Kürdəmir Regional Mədəniyyət İdarəsində videokonfrans keçirilib. SİA-nın məlumatına görə, videokonfransda rayonlar üzrə nümayəndələr, idarənin əhatə etdiyi rayonlarda fəaliyyət göstərən mədəniyyət mərkəzləri, kitabxana sistemi və muzey tipli müəssisələrin rəhbərləri iştirak ediblər.
Regional İdarənin rəisi Elman Məmmədov mədəniyyət müəssisələrində əmək intizamının gücləndirilməsi, müvafiq sənədləşmə işlərinin aparılması, verilən tapşırıq və göstərişlərin icrası barədə çıxış edib.
Qeyd edilib ki, koronavirusun yayılması ilə tətbiq olunan karantin rejiminin tələblərinə işçilər tərəfindən əməl edilməsi, bununla əlaqədar işçilər arasında sosial məsafə saxlanılması, tibbi maskalardan istifadə olunması və hər bir müəssisədə dezinfeksiyaedici vasitələr olması xüsusi diqqətdə saxlanılmalıdır.
Yaşı 65-dən yuxarı olan mədəniyyət işçilərinə və sosial dəstəyə ehtiyacı olanlara qayğı göstərilməsinin diqqətdə saxlanılması qeyd olunub.
Videokonfransda rayonlar üzrə nümayəndələrin və müəssisə rəhbərlərinin təklifləri dinlənilib.