Ermənistan prezidenti Serj Sarkisyan BMT-nin az inkişaf etmiş ölkələr üzrə dördüncü forumunda iştirak etmək üçün İstanbula getməyəcək. SİA-nın məlumatına əsasən Türkiyə XİN-in rəsmi nümayəndəsi Səlcuq Ünalın sözlərinə görə, Ermənistan və İsrail tədbirə dəvətli olsalar da nümayəndə göndərməyəcəklər.
Qeyd edək ki, forum BMT-nin himayəsi ilə keçirilir və ev sahibliyi edən Türkiyə təşkilata üzv olan bütün ölkələrə məcburi dəvət göndərir. Toplantıda 50 ölkənin dövlət və ya hökumət başçıları, 75 ölkənin nazir, 30 ölkənin isə nazir müavinləri səviyyəsində təmsil olunacağı gözlənilir.