"Günəşin Nuru 4” antologiyası kitabxanaya təqdim edilib

26 Avqust 2020 14:45 (UTC+04:00)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının fəxri oxucusu Esmira Günəş təsis etdiyi "Günəşin Nuru 4" antologiyasını kitabxanaya təqdim edib.

Kitabxanadan SİA-ya bildirilib ki, artıq bir neçə antologiya layihələrinin tərtibçisi kimi tanınan gənc şairə Esmira Günəş dünyada yayılan COVID-19 virusu ilə əlaqədar karantinin gətirdiyi sıxıntılara baxmayaraq "Günəşin Nuru" antologiyasının növbəti nəşrini hazırlayaraq oxucuların istifadəsinə verib.

Bir ildə 4 cildi işıq üzü görən "Günəşin Nuru" antologiyası nəinki ölkəmizdə, eləcə də ölkəmizdən kənarda böyük marağa səbəb olub. Belə ki, antologiyalarda nəşr olunan bəzi şairlərin şeirləri Türkiyə və İran mətbuatında da dərc edilib. Hər bir şairə xüsusi diqqətlə yanaşan layihə rəhbəri "Günəşin Nuru" ədəbi məclisini yaratmaqla ədəbiyyata, kitablara olan marağı daha da artırmağa nail ola bilib.

"Günəşin Nuru 4" antologiyasında imzalarını sosial şəbəkələrdən tanıdığımız şairlərdən şeirləri toplanıb.