Samirə: "Covid 19-a meydan oxuyuram" FOTOLAR

26 Avqust 2020 09:33 (UTC+04:00)

Aşıq Samirə Əliyeva son günlər görünüşündəki dəyişikliklərlə diqqət çəkib. SİA-nın məlumatına görə, sənətçi xeyli çəki atıb. Samirə yeni fotolarını "İnstagram" hesabında yayımlayıb.

O, paylaşımına bu sözləri qeyd edib: "Covid 19 bizə meydan oxuyur, biz də ona meydan oxuyuruq. Həyatın nəbzini tut və yaşamağa davam et".