Dünyaya gəlişin mübarək olsun!...

25 Avqust 2020 10:59 (UTC+04:00)

Qüdrətli ölkənin qızı Mehriban
Cəsarət, məğrurluq gəlib Uludan
Hüsnünə gözəllik verib Yaradan
Dünyaya gəlişin mübarək olsun!...
Qəlbində arzular sənə yar olsun!..

Üç övlad anası dəyərli xanım
Leyla, Arzu, Heydərdir xanəmanın
Onlarla xoş ötsün sənin hər anın
Dünyaya gəlişin mübarək olsun!...
Gülüstanlı bağın növbahar olsun!...

Xalq öz həbibini sevir ürəkdən
Qəlblərdə arzular doğur istəkdən
Uğurlar yaranır min bir diləkdən
Dünyaya gəlişin mübarək olsun!...
Arzular, istəklər sənə yar olsun!...

Fəxr edirik İlhamla, Mehribanla
Qoşa addımlayır onlar inamla
Dünya ayaqlaşır bu gün zamanla
Dünyaya gəlişin mübarək olsun!...
Allahın dayağı Sizə yar olsun!...

Azərbaycan şölə saçır dünyaya
Sorağımız çatıb ulduza, aya
Zəvvarlar heyrandı gözəl Bakıya
Dünyaya gəlişin mübarək olsun!...
Qonaqpərvər yurdum bəxtiyar olsun!...

Ofelya Mürsəl qızı Mürsəlova,
ADPU-nun sabiq müəllimi