Elmar Məmmədyarov İndoneziyanın Azərbaycandakı səfirini qəbul edib

7 May 2011 03:21 (UTC+04:00)

Xarici işlər naziri Elmar Məmmədyarov İqamətgahı Tehran şəhərində yerləşən İndoneziyanın Azərbaycandakı səfiri İvan Viranataatmacanı ölkəmizdə diplomatik fəaliyyətini başa vurması ilə əlaqədar qəbul edib.

Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüş zamanı səfir İ.Viranataatmaca Azərbaycanda İndoneziyanın səfiri olmasından məmnun olduğunu vurğulayıb. İşlədiyi dövrdə ölkələr arasındakı münasibətlərin daha da genişlənməsi və inkişafı üçün fəaliyyət göstərdiyini söyləyən səfir bu istiqamətdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə faydalı əməkdaşlığını qeyd edib.

Öz növbəsində nazir E.Məmmədyarov səfir İvan Viranataatmacaya xoş arzularını bildirmiş və gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.