Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsi 5.5 milyon dollar olub

24 Avqust 2020 17:03 (UTC+04:00)

Yanvar-iyul aylarında Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsi 5,5 milyon dollara yaxın olub. SİA xəbər verir ki, bu barədə Moldovanın Milli Statistika Bürosu məlumat verib.

Bildirilib ki, 7 ay ərzində ölkəmizin Moldovadan idxal etdiyi məhsulun dəyəri 2,1 milyon dolları ötüb. Azərbaycandan Moldovaya isə 3,4 milyon dollardan artıq məhsul ixrac edilib.