Doğru deyirlər ki, bu siyasət elə bir şeydir ki, həqiqətən də onun nə dalı, nə də ki, qabağı görünmür. Xüsusilə də, koronavirus bütün dünyanı ağuşuna aldığı bir zamanda…Bu da təəccüb doğurmur. Çünki onların siyasətlərini özləri deyil, məhz başqaları yürüdür! Belələrinə isə siyasətçi yox, siyasətbaz deyilir.
Diqqət yetirsək onu da görərik ki, müxalifət siyasətbazları arasında hər cür fərdlərə rast gəlmək mümkündür. Boş-boş vədlər verən, uydurma, həqiqətə uyğun olmayan, boğazdan yuxarı çıxışlarla lazımsız divident qazanmağa çalışan, keçmişi olmayan, bu günü müəmmalı, sabahı isə görünməyənlərə bu müxalifətdə çox rast gəlmək olur. Ancaq nə fərqi var ki? Bütün bu kimi hallara baxmayaraq, həmin siyasətbazlar özlərini cəmiyyətə tam fərqli formada təqdim etməyə, yəni əslində olduqlarından fərqli görünməyə can atırlar. Bu tip siyasətbazların iddiaları isə reallıqla heç cür üst-üstə düşmür və belə davam edəcəksə, heç düşməyəcək də. Çünki onlar potensiallarını düzgün qiymətləndirmədən daim qədərindən artığına yiyələnməyə çalışırlar. Danışanda adam lap mat-məhəttəl qalır. Deyirsən ki, buna dağ versən, dağı ikicə dəqiqənin içində “yıxıb-qoyar böyrü üstdə”. Sosial şəbəkə "qəhrəmanları" kar qulaqları, kor gözləri ilə axtarışda duraraq gözləyirlər ki, Azərbaycanda nə isə bir uğursuz hal müşahidə olunsun, başlasınlar onun ucundan tutmağa. Neyləsinlər, Avropannı zibilxanalarında eşələnməkdən “it iyi” verdiklərini bilirlər. Ona görə də, “virusa aludə olmaq yox, mitinqə çıxmaq” kimi "nəhəng" bəyanatlar verməklə düşünürlər ki, bəlkə “vot-vot” koronanı da "hop edəcəklər". Daha onlara deyən yoxdur ki, ay filankəs... sənin ətin nədir, budun nə?!
Ancaq bir tərəfə baxanda, belə səviyyəsiz, savadsız və satqınlardan bundan savayı nə gözləmək olar? Sən hara, koronavirusla bağlı "siyasət aparmaq" hara...Çünki onların əsas amalı xalqın bu virusa düçar olması deyil, məhz daha çox gəlir əldə etmək, Qərbli Con, Devid əmilərindən qrantdan-filandan qazanıb cibişdana ötürməkdir. Və belə bir zamanda satqın virusların “lideri” Əli Kərimli, Gültəkin Hacıbəyli, Cəmil Həsənli, Vidadi İskəndərli, Sevinc Osmanqızı, Arif Məmmədov, Qurban Məmmədov, Oruduxan Teymurxan, Tural Sadıqlı, Həbib Müntəzir, Məhəmməd Mirzəli və bu kimi iblis xisləti ilə erməni lobbisinin, anti-Azərbaycan dairələrin xidmətçisi, milli dönüklər, “virtual terroristlər” bu məkrli və çirkin prosesin önündə gedərək antiazərbaycan şəbəkənin sifarişlərini yerinə yetirmək üçün ən əxlaqsız, mənəviyyatsız üsullara əl atırlar.
“Belə qüvvə yoxdur və nə qədər ki, mən Prezidentəm, belə qüvvə olmayacaqdır”
Bəli, hələ də anlamırlar ki, Prezidentimizi xalq dəstəkləyir. Xalqın gücünün olduğu yerdə, heç bir xarici qüvvə nəsə etmək imkanına malik deyil: “Bu gün dünyada elə bir qüvvə yoxdur ki, hansısa qərarı bizə aşılasın, yaxud da bizə nəyisə diktə edə bilsin. Belə qüvvə yoxdur və nə qədər ki, mən Prezidentəm, belə qüvvə olmayacaqdır!”.
Bəli, istər ölkə daxilindəki, istərsə də müxtəlif xarici ölkələrdə məskunlaşmış antimilli ünsürlər bilməlidirlər ki, bu gün xalq öz Prezidentinə inanır və Onun yanındadır.
Vətən əxlaqından, milli mənlik şüurundan, məntiq və zəka gücündən mərhum olan, xalqa və milli dövlətçiliyin qəsdinə duran bu “ruhunu şeytana satan” xəyanətkarlar isə gec-tez öz layiqli cəzalarını alacaqlar.
Sonda hər zaman maraqlı olan bir məsələyə toxunmaq istərdim. Görəsən, Mark Zukerberq “Facebook”u yaratmasaydı, “virtual terroristlər” iylənmiş iblis niyyətlərini hara boşaldardılar?...
RƏFİQƏ