“Bolonya” klubunun baş məşqçisi Sinişa Mixayloviç koronavirusa yoluxub
23 Avqust 2020 23:04 (UTC+04:00)
İtaliyanın “Bolonya” klubunun baş məşqçisi Sinişa Mixayloviç koronavirusa yoluxub.
SİA xəbər verir ki, bu barədə A seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. Koronavirus testi müsbət çıxan serbiyalı mütəxəssis iki həftə karantində qalacaq.
Qeyd edək ki, 51 yaşlı mütəxəssis qan xərçəngindən də əziyyət çəkir.