“Qan yaddaşımız – Cəbrayıl”

22 Avqust 2020 15:46 (UTC+04:00)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası işğal olunmuş rayonlar haqqında videoçarxlar hazırlamaqda davam edir. Kitabxanadan SİA-ya bildirilib ki, “Qan yaddaşımız” layihəsi çərçivəsində hazırlanan növbəti videoçarx erməni təcavüzkarları tərəfindən işğal edilmiş Cəbrayıl rayonu haqqındadır.

Virtual izləyicilər üçün təqdim edilən “Qan yaddaşımız – Cəbrayıl” adlı videoçarxda ilk olaraq, rayonun işğal olunmuş ərazisi, işğal vaxtı və hazırda olan əhali sayı, şəhid sayı, rayon haqqında ümumi məlumat yer alıb. Burada rayonun işğaldan əvvəl çəkilmiş videolentini də izləmək mümkündür.
Videoçarxda rayonun iqtisadiyyatı, tarixi memarlıq abidələri, ziyarətgahları, tarixi-dini abidələri barədə məlumatlarla yanaşı, qədim tarixi abidələrin fotoları da nümayiş olunur.

Videoçarx kitabxananın “YouTube” kanalında yerləşdirilib.