“Pandemiya dövründə sağlamlığımızı fiziki və mənəvi cəhətdən gücləndirmənin yolları” - VEBİNAR

21 Avqust 2020 13:30 (UTC+04:00)

YAP Nərimanov rayon Gənclər Birliyinin təşkilatçılığı ilə “Pandemiya dövründə sağlamlığımızı fiziki və mənəvi cəhətdən gücləndirmənin yolları” mövzusunda vebinar keçirilib. SİA-nın məlumatına görə, vebinarda Azərbaycanda ilk yoqa məktəbi-“Yoga Shahi” mərkəzinin və ilk veqan kafe “Manipura cafe”-nin təsisçisi, instruktor Sabina Şahi Yoqa idman növü haqqında bildiklərini zoom proqramı vasitəsilə keçirilən vebinarda gənclərlə bölüşüb.

Həmçinin tədbir çərçivəsində gənclərə ilkin yoqa hərəkətləri göstərilmiş və gənclərin sualları cavablıb.