Bu gün görkəmli ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, akademik Bəkir Nəbiyevin anadan olmasının 90 illiyi tamam olur. SİA-nın məlumatına görə, bu münasibətlə Milli Kitabxananın əməkdaşları tərəfindən akademikin həyat və fəaliyyətinə dair hazırlanan “Akademik Bəkir Nəbiyev” adlı sərgi virtual rejimdə təqdim olunub.
Virtual sərgidə akademikin fəaliyyəti ilə bağlı rəsmi sənədlər, fotolar, müəllifi, tərtib, tərcümə və redaktoru olduğu kitablar, haqqında yazılan kitab və məqalələr yer alıb. Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Bekir_Nebiyev/index.htm linkindən istifadə edə bilərlər.