Xəzər rayon kitabxanası oxucuları üçün maraqlı videoçarxlar hazırlayır

20 Avqust 2020 15:07 (UTC+04:00)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) bir-birindən maraqlı videoçarxlarla oxucuların görüşünə gəlir. MKS-dən SİA-ya bildirilib ki, bu dəfə oxuculara təqdim olunan videoçarxlar kağızdan düzəldilmiş həşəratlar və Bakının gəzməli-görməli yerləri haqqında olub.