"Azərbaycan Qarabağın müstəqilliyi ilə razılaşmayacaq" Serj Sarkisyan

19 Avqust 2020 19:10 (UTC+04:00)

Qarabağ məsələsi yalnız beynəlxalq təzyiqlər nəticəsində həll edilə bilər. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri işğalçı ölkənin keçmiş prezidenti Serj Sarkisyan 2016-cı ilin aprel döyüşləri mövzusunda keçirdiyi mətbuat konfransında deyib.

Ermənistanın eks prezidenti vurğulayıb ki, münaqişənin həlli yalnız beynəlxalq təzyiqlər nəticəsində mümkündür.
"Azərbaycanın lideri Qarabağın müstəqilliyi ilə razılaşmayacaq", deyə eks-prezident Serj Sarkisyan bildirib.
Xatırladaq ki, Serj Sarkisyan 2018-ci ildə verdiyi istefasından sonra ilk dəfə bu gün 2016-cı ilin aprel döyüşləri mövzusunda mətbuat konfransı keçirib.