Kitabxana Mirvarid Dilbazi haqqında videoçarx hazırlayıb

19 Avqust 2020 16:48 (UTC+04:00)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialı Azərbaycanın Xalq şairi Mirvarid Dilbazinin yaradıcılığına aid videoçarx hazırlayıb. Kitabxanadan SİA-ya bildirilib ki, videoçarxda unud ulmaz şairənin həyat və yaradıcılığı haqqında qısa məlumat təqdim olunub.

Həmçinin videoçarxda şairənin yaradıcılığının bir qolu olan və uşaqlar üçün yazılmış əsərləri haqqında məlumat verilib.