Baxın, erməniyə “dayı” deyən müxalifət 26 ildən çoxdur ki, dəyişməyən təfəkkürlə «mitinq, mitinq» deyir, Paşinyan da hakimiyyətə gəldiyi gündən "pul dilənmək" öz savadsızlığını nümayiş etdirərək haqqı olmayan iddialarla sərsəm çıxışlar edir. Rus şair A.S.Puşkin yazırdı: “Sən köləsən, sən qorxaqsan, çünki sən ermənisən...”. Belə bir atalar sözümüz də var: “üzrü günahından da betər”.
Paşinyanın Azərbaycan torpaqlarına qarşı iddialı çıxşı, satqın müxaliftin də sözün həqiqi və məcazi mənasında düşmən dəyirmanına su tökənlərin “Vətən üçün pis olan, mənə faydalıdır" təfəkkürü ilə satqınlıqlarından əl çəkməmələri. Olmayan şərəf, ləyaqət, qeyrət Vətən, ölkə və nəhayət Azərbaycan amilindən xəbərsiz olan radikal müxalifətin qranta satılanları Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı, Arif Məmmədov, Vidadi İskəndərli və bu kimi erməni çörəyi yeyənlərin işğalçı, faşist, terrorçu Paşinyanı müdafiə edərək sosial şəbəkələrdə gecəli-gündüzlü xalq, Vətən adından danışmağa nə haqqları var?. Özü də hamısı hər cümlələrində olmayan vicdanlarına, namuslarına and içirlər.
Elə bu günlərdə sosial şəbəkələrdə Vidadi İskəndərli, Arif Məmmədov, Cəmil Həsənli, Əli Kərimli, Sevinc Osmanqızı, Qənimət Zahid… Azərbaycanın hərbi gücünün zəif olması ilə bağlı cəfəngiyyat fikir söyləyərək "Paşinyan orduya can qoyur" demələri ermənidən betər erməni olduqlarını bir daha göstərdi. Bu nə birinci dəfədir, nə də sonuncu. Çünki radikal müxalifətlə Ermənistanın baş nazirinin düşüncəsi eyni səviyyədədir. Ancaq bu satqınlar anlamırlar ki, bu gün Azərbaycan Ordusu Cənubi Qafqazın və dünyanın ən güclü orduları sırasındadır. Bir də Paşinyansayağı təfəkkürlü satqınlar bir həqiqəti də anlamır ki, ordunun gücü özü-özündən yaranmır. Bu, həm də ölkə iqtisadiyyatının, ölkə başçısının düşünülmüş siyasətinin nəticəsində yaranmış iqtisadiyyatının gücü ilə ölçülür. Və onu da anlamırlar ki, bu gün Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının təqribən 75 faizini təşkil edir. Hər il olduğu kimi Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri üçün 3 milyard 853 milyon 600 min manat vəsait ayrılacaq. Bu da 2019-cu illə müqayisədə 20,9 faiz, yaxud 666 milyon manat çoxdur. Həmçinin, işğalçı ölkənin büdcə xərcləri Azərbaycanı müdafiə xərclərinə bərabər olduğu halda orduda hansı irəliləyişdən danışmaq olar?. Və bu gün Əli Kərimli, Cəmil Həsənli, Sevinc Osmanqızı, Vidadi İskəndərli və digər "Milli Şura"nın satqınlarının şüursuzca baş naziri tərifləmələri eyni təfəkkürə malik olduğunu göstərir.
Bu günlərdə yenə də satqınlar sülaləsinin rəhbəri Əli Kərimlinin sosial şəbəkələrdə Azərbaycanın Rusiya ilə münasibətlərin pozulmasına xidmət edən cəfəngiyat səsləndirib. Göründüyü kimi, bu bir daha Paşinyanla fikirlərinin, düşüncələrinin üs-üstə düşdüyünün göstəricisidir. Elə Ə.Kərimlinin layiq olduğu Paşinyan olmalıdır.
Necə deyərlər: “Taylı-tayını tapar”. Əli Kərimli ilə Paşinyanın heç bir fərqi yoxdur. Paşinyan da istəyir ki, Azərbaycan Ordusu zəif olsun, Azərbaycan ərazilərinin işğalı davam etsin, Əli Kərimli də. Lakin hamı bilir ki, Azərbaycan Ermənstanla üz-üzə qalarsa, həmin güclü Azərbaycan Ordusu və rəşadətli əsgərlərimizin əzm və qəhrəmanlığı sayəsində qısa müddət ərzində, nəinki Dağlıq Qarabağı azad edər, eyni zamanda, İrəvanda da otura bilər. Ona görə də, hər ikisini istəyi ürəklərində qalacaq, necə ki, qalıb!
Çünki hər ikisi Şərə və İblisə xidmət edir. Cəmiyyət isə belə «həyat fəlsəfələrini” çoxdan görüb. Bu yerdə Tolstoyun dediyi bu sözləri xatırlatmaq yerinə düşür: “Vətənpərvərlik yaramazların son sığınacaq yerinə çox tez-tez çevrilir”. Və bu marginallar unudurlar ki, antiazərbaycan dairələrin qrant paylayan üfunətli ofislərinin mərmər döşəmələri üstündə gəzib tula payı almaqla, yallanmaqla heç nəyə nail ola bilməyəcklər. Belələri bilməlidirlər ki, Vətənin halal çörəyinə kəm baxıb, özgənin (həm də düşmənin) yalı ilə bəslənənləri tarix heç vaxt bağışlamır. Erməniçilik sevdası olan bu kəslər bu gün erməni deyilən bir bici, nəsli-kökü bilinməzi azərbaycanlı deyilən bir qeyrətlidən daha artıq tutmaqla, əslində, nə qədər mənəviyyatsız olduqlarını göstərirlər.
Mənəviyyatı, şərəfi, ləyaqəti olmayandan başqa heç nə gözləməyə dəyməz
Yeri gəlmişkən, elə bu aralarda adını "Meydan tv" qoyub, siyasi madyanlıqları vasitəsilə çox sevdiyi, ayaqları altına düşdüyü, hətta filan-fulan yerlərini dəsmalladığı erməni dayılarına nökərçilik edən cinayətkarlardan hətta qohumları belə imtina etdikləri halda Sevinc Osmanqızıdan ailəsi, Rüstəm İbrahimbəyovdan imtina edən qardaşı Maqsud İbrahimbəyov, Qənimət Zahiddən imtina etmiş qardaşı Mirzə Sakit...bu kimi erməniyə dayı, əmi, hətta ata deyən axecepenin baş çaqqalı Əli Kərimli və onun şərəfsiz çar-çaqallarıdır. Və bu gün iki ildən çox müddətdə Paşinyan dəyişmədiyi kimi bu satqınları da 26 ildir ki, dəyişmək mümkün deyil. Dostoyevskinin dediyi kimi, “cinayəti törədib, onun cəzasından qaçmaq mümkündür. Amma o cinayətin qorxusundan çıxmaq əsla mümkün deyil”.
Və nəhayət, necə deyərlər, bu gün satqın radikal müxalifətlə Paşinyan eyni cinayətlərinin, xəyanətlərinin qorxusu ilə baş-başa qalıb. Çünki etdikləri cinayətlərin bədəli də böyükdür. Və bu mənəviyyatsız və bədbəxtlər bilməlidirlər ki, az qalıb, böyürə-böyürə bu dövlətin, bu xalqın ayağına gələcəklər. O zaman nə olacaq, zaman göstərəcək. Çünki bu cinayətkarların cəzası o qədər böyük və bağışlanılmazdır ki… Xalqın cəzası isə…Bunu isə zaman göstərəcək…
RƏFİQƏ