H.O.S.T qrupunun üzvü Qaraqan dəstək məqsədi ilə repin perspektivli nümayəndələrindən olan RG ilə eyni səhnədə çıxış edəcək
6 May 2011 23:52 (UTC+04:00)
H.O.S.T qrupunun üzvü Qaraqan dəstək məqsədi ilə repin perspektivli nümayəndələrindən olan RG ilə eyni səhnədə çıxış edəcək. SİA-nın Lent.az-a istinadən verdiyi xəbərə görə, H.O.S.T-un solisti Fərid bu haqda özü məlumat verib: "Hər iki reper həmin gün rep həvəskarlarına bir çox sürpriz vəd edir. H.O.S.T-un üzvü Qaraqan yeni leyblnı təqdim etməyə hazırlaşır. O, "BlackBlood" adı altında buraxacağı tam alternativ tərzdə treklərlə dinləyicilərinin qarşısına çıxmağa hazırlaşır".
Qaraqanla eyni səhnədə çıxış edəcək RG konsert günü yeni albomunu da təqdim edəcək. RG ilk solo konserti ilə həm də solo karyerasına başlamış olacaq: ""İşgəncə" adlı debüt albomunda reprezentiv xarakterli treklərlə rep dinləyicilərinin qarşısına çıxacaq RG-nin yaradıcılığı ilə yaxından tanış olacaqsınız".