Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) sosial şəbəkələrdə və virtual rejimdə oxucularla müntəzəm işi davam etdirir.
MKS-dan SİA-ya bildirilib ki, kitabxana oxucuların arzularını nəzərə alaraq, müxtəlif mövzulu kitablar haqqında məlumatlar təqdim edir.
Oxucu marağını əks etdirən videoçarx uğur qazandıracaq 10 kitabdan bəhs edir.
Videoçarx kitabxananın “Youtube” kanalında yayımlanır.