“Hər günə bir şeir” layihəsinə start verilib

17 Avqust 2020 15:41 (UTC+04:00)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası yeni “Hər günə bir şeir” layihəsinə start verib. Kitabxanadan SİA-ya bildirilib ki, layihə çərçivəsində əsərləri xalqın, oxucuların könlünə yol tapan, sevimli şairlərin şeirləri səsləndiriləcək.

Layihənin ilk mövzusu unudulmaz şair Süleyman Rüstəmin “Təbrizim” şeiri olub.