Fikrət Babayev vəzifədən azad edildi

17 Avqust 2020 14:30 (UTC+04:00)

Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Fikrət Babayev yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad edilib. Nazirlikdən SİA-ya verilən məlumata görə, bununla bağlı Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov müvafiq əmr imzalayıb.