Milli Kitabxana fortepiano üçün not məcmuələrini onlayn rejimdə təqdim edib FOTO

17 Avqust 2020 14:48 (UTC+04:00)

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası Mədəniyyət Nazirliyi ilə birgə reallaşdırdığı “Milli musiqi xəzinəmizdən (Azərbaycan Milli Kitabxanasının fondundan) layihəsi çərçivəsində fortepiano üçün not məcmuələrini onlayn rejimdə təqdim edib.

Kitabxanadan SİA-ya bildirilib ki, məcmuələrə Asya Sultanovanın “Sonata”, “Sonatina”, Bayram Hüseynlinin “Dörd pyes” əsərləri daxil edilib.

Həmçinin nəşr olunmuş bu məcmuələr bütün musiqi məktəblərinə və Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinə göndərilib.

Əsərlərlə

http://anl.az/down/Bayram_Huseynli_dord_pyes.pdf . http://anl.az/down/asya_sonata.pdf və http://anl.az/down/Asya_Sonatina.pdf linkləri vasitəsilə tanış olmaq olar.