“YARAT”ın uşaqlar üçün nəzərdə tutduğu virtual sərgi davam edir

17 Avqust 2020 10:36 (UTC+04:00)

“YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə uşaqlar üçün nəzərdə tutulan “Virtual Artım” sərgisi davam edir. SİA-nın məlumatına görə, layihə çərçivəsində uşaqlara yeni sərgi ilə tanış olmaq, öz robot- avatarlarını yaratmaq, habelə əsərlərini hazırlayıb, izləyicilərlə bölüşmək şansı verilib. Moderatoru Mina Abbasova olan layihə hər həftənin şənbə və bazar günləri təşkil olunur.

Qeydiyyat və virtual məkanın tətbiqindən istifadə barəsində məlumat üçün 0502469292 nömrəsinə bazar ertəsindən cümə gününə kimi saat 10:00-18:30-dək müraciət etmək olar.