Türkiyənin məşhur simaları yenə dalaşır

6 May 2011 22:55 (UTC+04:00)
Türkiyənin məşhur cütlüklərindən olan Davud Güloğlu ilə Ece Erkən yenə kameralara mübahisə edən zaman yaxalanıb. SİA-nın xəbərinə görə, cütlük axşam yeməyi yeyən zaman Erkənin mobil telefonuna zəng gəlib. Bunu görən Davud Güloğlu telefona baxmağa çalışıb. Ancaq Ece Erkən isə telefonu əlindən alıb. Erkənin bu hərəkəti Davud Güloğlunu xeyli əsəbiləşdirib və o məkandan ayrılıb.