Daha 9 PKK terrorçusu məhv edildi

16 Avqust 2020 10:22 (UTC+04:00)

Türkiyə Hərbi Hava Qüvvələrinin İraqın şimalında həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində daha 9 terrorçu zərərsizləşdirilib. SİA-nın verdiyi məlumata görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi bəyanat yayıb. Qeyd olunub ki, son 10 gündə İraqın şimalında 143 PKK terrorçusu məhv edilib.