Ağstafa Rayon İcra Hakimiyyətində yeni təyinatlar

15 Avqust 2020 20:08 (UTC+04:00)

Ağstafa Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinatlar olub. SİA Ağstafa İcra Hakimiyyətinin saytına istinadən xəbər verir ki, Kənan İlham oğlu İbrahimov başçının müavini və Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Naqif Vaqif oğlu Mehdiyev isə İnformasiya təminatı və təhlil sektorunun müdiri vəzifəsinə təyinat alıb.