Bu il 6,3 milyard dollarlıq neft və neft məhsulu ixrac olunub

15 Avqust 2020 16:40 (UTC+04:00)

Yanvar-iyul aylarında Azərbaycandan 19 milyon 558,1 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib. SİA xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

İxrac edilən neft və neft məhsullarının dəyəri isə 6 milyard 398,1 milyon ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin eyni aylarında ölkədən 19 milyon 554,2 min ton xam neft və neft məhsulları ixrac olunmuş, ixracın dəyəri 9 milyard 541,3 milyon dollar təşkil etmişdi.