İri ticarət mərkəzlərinin açılması ilə bağlı yekun qərar yoxdur Şöbə müdiri

15 Avqust 2020 12:20 (UTC+04:00)

Hazırda iri ticarət mərkəzlərinin açılması ilə bağlı yekun qərar yoxdur.

SİA-nın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, açılmalar hissə-hissə aparılır: "Hər bir addım atılır, onun epidemioloji vəziyyətə təsiri təhlil olunur. Onun ümumi dinamikaya təsiri məsələsi araşdırılır. Daha sonra uyğun addımlar atılır".