Təhsil müəssisələrinin bərpası ilə bağlı konkret vaxt yoxdur Hikmət Hacıyev

15 Avqust 2020 12:05 (UTC+04:00)

Təhsil müəssisələrinin bərpası ilə bağlı konkret vaxt yoxdur. SİA-nın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, konkret vaxt da demək çox çətindir: "Çünki bilavasitə epidemioloji vəziyyətlə bağlı olan məsələdir. İnsanların ən çox cəmləşdiyi yerlərdən biri də tədris müəssisələridir. Kütləvilik, yaxın təmaslar burada çox böyükdür. Bütün bu amillər vacib şərtlərdir".