Toylar nə vaxt başlayır?

15 Avqust 2020 12:12 (UTC+04:00)

Toyların həyata keçirilməsi kifayət qədər əmək tutumulu fəaliyyətdir. SİA-nın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, şadlıq saraylarının fəaliyyəti həm də vergi tutumlu bir sahədir ki, ölkənin büdcəsinə müsbət təsir göstərir: "Amma bu məsələdə də səmimi olmalıyıq. Dövlət üçün toyların həyata keçirilməsi iqtisadi baxımdan yaxşı olardı. Vacib bir məsələ isə epidemioloji vəziyyətdir. Bu məsələ ilə bağlı bəzi mədəniyyət xadimlərinin çıxışlarını da görürük. Toyların keçirilmə prosesinə nəzər salsaq, kifayət qədər kütləviləşmə olan mərasimlərdir.

Dövlət gəlirləri də, iqtisadi fəallığı da kənarda qoyaraq insanların təhlükəsizliyini əsas götürür. Azərbaycan dövlətinin yeritdiyi siyasətin mərkəzində insanların sağlamlığı dayanır.