Yasamal kitabxanası oxucu-kitabxanaçı ünsiyyətini virtual qaydada davam etdirir

15 Avqust 2020 11:48 (UTC+04:00)

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının əməkdaşları ənənəvi oxucu-kitabxanaçı ünsiyyətini virtual qaydada davam etdirirlər.

Kitabxanadan SİA-ya bildirilib ki, izləyicilərin vaxtlarını səmərəli keçirmələri üçün kitabxana indiyəcən müxtəlif adda layihələr reallaşdırıb. Layihələr sırasına kitabxananın əməkdaşlarının təqdim etdiyi “Mövzudan-mövzuya” adlı yenisi də əlavə edilib. Bundan sonra sözügedən layihə çərçivəsində yeni mövzularda hazırlanan məlumat xarakterli videoçarxlar və söhbətləri izləmək mümkün olacaq.