Vətəndaşlarımız bu ölkələrdən bərə vasitəsi ilə gətiriləcək

15 Avqust 2020 11:24 (UTC+04:00)

Qazaxıstan və Türkmənistan, Mərkəzi Asiyadakı vətəndaşlarımız bərə vasitəsilə ölkəmizə gətiriləcək. SİA xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

"Eyni zamanda Rusiyadan həftə içində vətəndaşlarımız quru yolla ölkəmizə gətiriləcəklər. Gürcüstandan da vətəndaşlarımızın gətirilməsi eyni qaydada təmin olunacaq. Vətəndaşlarımızın gətirilməsi zamanı çarter reyslərdə fasilələr ola bilər ki, burada hava şəraiti də rol oynayır", deyə Prezidentin köməkçisi bildirib.